"Azərsu" gücləndirilmiş iş rejiminə keçəcək

"Azərsu" gücləndirilmiş iş rejiminə keçəcək
İnfrastruktur
113
10 Avqust , 2019 13:31
Azərsu gücləndirilmiş iş rejiminə keçəcək
Azərsu / Report

Azərsu” ASC Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 

"Report" bu barədə quruma istinadən xəbər verir. 

Məlumata görə, səhmdar cəmiyyətinin aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

Əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün operativ tədbirlər görüləcək.

İstehlakçılar su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu”nun ASC-nin 955 Zəng Mərkəzinə müraciət edə bilər.