"Azərsu" Formula-1 yarışları ilə əlaqədar Tədbirlər Planını təsdiq edib

"Azərsu" Formula-1 yarışları ilə əlaqədar Tədbirlər Planını təsdiq edib “Bakıda keçiriləcək Formula-1 yarışlarıyla əlaqədar “Azərsu” ASC idman və turizm obyektlərinin su və kanalizasiya sistemlərinin fəaliyyətinin dayanıqlığını təmin etmək üçün işləri davam etdirir”.
İnfrastruktur
9 aprel 2019 11:49
Azərsu Formula-1 yarışları ilə əlaqədar Tədbirlər Planını təsdiq edib

“Bakıda keçiriləcək Formula-1 yarışlarıyla əlaqədar “Azərsu” ASC idman və turizm obyektlərinin su və kanalizasiya sistemlərinin fəaliyyətinin dayanıqlığını təmin etmək üçün işləri davam etdirir”.

Bu barədə “Report”a qurumdan  bildirilib.

Məlumata görə, tədbirə yüksək səviyyədə hazırlaşmaq və qarşıya çıxa biləcək problemlərin operativ həlli məqsədi ilə “Azərsu”da komissiya yaradılıb, Tədbirlər Planı təsdiq edilib.

Tədbirlər Planına uyğun olaraq, yarışların keçiriləcəyi ərazilərdə içməli su və kanalizasiya infrastrukturlarının normal fəaliyyətini təmin etmək və yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə monitorinq və qiymətləndirmə işləri aparılıb. Yarışların keçiriləcəyi yerlərdə içməli su xətləri üzərində siyirtmələrin istismar vəziyyəti yoxlanılıb. Mexaniki vasitələrlə və xüsusi təmizləyici maşınlarla 8 km-ə qədər kanalizasiya xətləri, 600-ə qədər kanalizasiya quyusu və barmaqlıq təmizlənib.

Yarışların keçiriləcəyi günlərdə yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə xüsusi briqadalar yaradılıb və dislokasiya yerləri müəyyən edilib. Qəza briqadalarının maşın və avadanlıqlarla, mal-materialla təmin olunması üçün zəruri tədbirlər görülüb.

Qəzaların aradan qaldırılması üzrə nümunəvi qəza-bərpa briqadaları üçün təlimlər keçirilib. Təlimlərdə “Azərsu”yun “Bakı Sukanal”, Səbail, Yasamal və Nəsimi sukanal idarələrinin 80-ə qədər əməkdaşı iştirak edib. Təlimlərdə qəza hallarının operativ qaldırılması, əməyin təhlükəsizliyi və digər məsələlər barədə məlumatlar verilib. Təlimə cəlb olunan işçilər nəzəri biliklərlə yanaşı, praktiki məşqlərdə də iştirak edib.

Qeyd edək ki, yarışlarla əlaqədar idman və turizm obyektlərinin su təchizatı və kanalizasiya sistemlərinin fəaliyyətinə də nəzarət gücləndirilmişdir. Bu məqsədlə “Azərsu”yun mütəxəssisləri tərəfindən mütəmadi olaraq obyektlərin su təchizatı və kanalizasiya xətlərinə baxış keçirilir, aşkarlanmış nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülür. 

Son xəbərlər

Orphus sistemi