"Azərsu" bu il abunəçilərinin sayını 4% artırıb

"Azərsu" bu il abunəçilərinin sayını 4% artırıb Bu ilin yanvar-sentyabr aylarında “Azərsu” ASC-nin abunəçilərinin sayı 55 709 vahid və yaxud 3,5% artaraq oktyabrın 1-nə 1 66 3320-yə çatıb.
İnfrastruktur
8 Oktyabr , 2021 14:40
Azərsu bu il abunəçilərinin sayını 4% artırıb

Bu ilin yanvar-sentyabr aylarında “Azərsu” ASC-nin abunəçilərinin sayı 55 709 vahid və yaxud 3,5% artaraq oktyabrın 1-nə 1 66 3320-yə çatıb.

"Report" quruma istinadən xəbər verir ki, bunun 1 598 908-i və yaxud 96,1%-i əhali, 64 412-i və yaxud 3,9%-i isə qeyri-əhali qrupu abunəçiləridir.

Hesabat dövründə əhali abunəçilərinin sayı 53 431 vahid və yaxud 3,5%, qeyri-əhali abunəçilərinin sayı isə 53 431 vahid və yaxud 3,7% artıb.

9 ay ərzində abunəçi sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, həmçinin içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.

Sentyabrın sonuna abunəçilərin 86,9%-i sayğacla təmin olunub. Hazırda sayğaclaşma səviyyəsi əhali abunəçiləri üzrə 86,7%, qeyri əhali abunəçiləri üzrə isə 94,4% təşkil edir.

Son xəbərlər

Orphus sistemi