“Azərsu” bu gündən fəaliyyətini bərpa edən müəssisələrə müraciət edib

“Azərsu” bu gündən fəaliyyətini bərpa edən müəssisələrə müraciət edib “Azərsu” abunəçilərin nəzərinə çatdırır ki, qeyd edilən məsələ ilə bağlı sayğacların işlək vəziyyətə gətirilməsi (koddan çıxarılması) növbəlilik prinsipi ilə həyata keçirilir.
İnfrastruktur
25 Yanvar , 2021 14:44
“Azərsu” bu gündən fəaliyyətini bərpa edən müəssisələrə müraciət edib

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən bu gündən ölkədə ticarət obyektlərinin (iri ticarət mərkəzlərinin fəaliyyəti və ictimai iaşə obyektlərində müştərilərə yerində xidmət istisna olmaqla), bərbərxanaların, gözəllik salonlarının və bəzi digər xidmət sahələrinin fəaliyyəti bərpa edilib. Adıçəkilən ictimai-iaşə və xidmət sahələrinin fəaliyyətə başlaması ilə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə smart kart tipli sayğaclarla bağlı müraciətlərin sayı çoxalıb.

"Report" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, smart kart tipli sayğaclardan 25 gün ərzində su keçmədikdə sayğacın klapanı avtomatik bağlanır: "Belə sayğacların yenidən işlək vəziyyətə gətirilməsi üçün “Azərsu”yun əməkdaşlarının həmin ünvana getməsi və xüsusi servis kartları ilə sayğacı işlək vəziyyətə gətirməsi tələb olunur. Artan müraciətlərin operativ həlli məqsədilə tərəfimizdən əlavə işçi qüvvəsi cəlb edilib və abonentlərin qarşılaşdığı problemlərin operativ həlli üçün digər lazımi tədbirlər görülür.

“Azərsu” abunəçilərin nəzərinə çatdırır ki, qeyd edilən məsələ ilə bağlı sayğacların işlək vəziyyətə gətirilməsi (koddan çıxarılması) növbəlilik prinsipi ilə həyata keçirilir. Müraciətlərin çox olması səbəbindən əməkdaşlarımızın sifariş daxil olmuş ünvanlara getməsi müəyyən vaxt apara bilir. Bunları nəzərə alıb abonentlərimizin belə halları anlayışla qəbul etməsini xahiş edirik”.

Son xəbərlər

Orphus sistemi