"Azərsu": Bakı və bölgələrin su təminatında heç bir problem yoxdur

"Azərsu": Bakı və bölgələrin su təminatında heç bir problem yoxdur Bəzi həyət evlərində su borularının donması mümkündür
İnfrastruktur
9 Yanvar , 2015 11:23
Azərsu: Bakı və bölgələrin su təminatında heç bir problem yoxdur

Bakı. 9 yanvar. REPORT.AZ/ Ötən gündən etibarən ölkə ərazisində qarın yağması ilə əlaqədar Bakı şəhərində və regionlarda istehlakçıların su ilə təminatında problem yoxdur. Bunu "Report"a açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, "Azərsu"nun struktur vahidləri gücləndirilmiş iş rejimində çalışır: "Tam gücləndirilmiş iş rejimində işləyirik. Bu dəqiqəyə olan məlumata görə, heç bir problem yaranmayıb. Regionlarda da işlər normaldır. Səhər şəxsən zəng mərkəzində olmuşam və orada da hər şey normaldır".

A.Cəbrayıllı su borularının donması ilə bağlı məsələyə də aydınlıq gətirib: "Hazırda bununla da bağlı hansısa problem yoxdur. Amma bunun bəzi həyət evlərində baş verməsi istisna edilmir. Bu gün Bakıya 5 mənbədən su daxil olur. Bu Kür, Oğuz-Qəbələ, Ceyranbatan, Şollar və ikinci Bakı-Xaçmaz sü kəmərləridir. Hazırda Bakıya 1 saniyədə 13 ton su daxil olur".

Son xəbərlər

Orphus sistemi