“Azərsu” 65 milyon manatlıq 2 tenderə yekun vurub

“Azərsu” 65 milyon manatlıq 2 tenderə yekun vurub “Azərsu” ASC dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində İsmayıllı rayonundakı "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunun xarici su təchizatı və kanalizasiya sistemlərinin (1), eləcə də Salyan şəhərinin su təchizatı və kanalizasiya s
İnfrastruktur
23 sentyabr 2021 10:40
“Azərsu” 65 milyon manatlıq 2 tenderə yekun vurub

“Azərsu” ASC dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində İsmayıllı rayonundakı "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunun xarici su təchizatı və kanalizasiya sistemlərinin (1), eləcə də Salyan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması (2) ilə bağlı elan etdiyi 2 tenderə yekun vurub.

“Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Euroline” QSC və “Nort Vest Konstrakşn” MMC olub.

Qalib şirkətlərə 9,87 milyon manat və 55,47 milyon manat, ümumikdə 65,34 milyon manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi