“Azərkosmos” bu il 23 ölkədən 22,4 mln. dollar gəlir əldə edib

“Azərkosmos” bu il 23 ölkədən 22,4 mln. dollar gəlir əldə edib Bakı. 3 dekabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 23 ölkəsinə 22,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
İnfrastruktur
3 Dekabr , 2018 11:58
“Azərkosmos” bu il 23 ölkədən 22,4 mln. dollar gəlir əldə edib

Bakı. 3 dekabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 23 ölkəsinə 22,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

“Report” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin noyabr sayına istinadən xəbər verir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. 2018-ci ilin oktyabr ayında isə “Azərkosmos” ASC dünyanın 17 ölkəsinə 5,7 milyon ABŞ dolları dəyəri xidmət ixrac edib.

“Azərkosmos” ASC-nin 2018-ci ilin 10 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malaziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.

Son xəbərlər

Orphus sistemi