“Azəristiliktəchizat” yubanmalara aydınlıq gətirdi

“Azəristiliktəchizat” yubanmalara aydınlıq gətirdi Xəbər verdiyimiz kimi, bu il Azərbaycanda istehlakçıların istiliklə təchizatına 3 gün gecikmə ilə, ötən gündən başlanılıb.
İnfrastruktur
19 Noyabr , 2020 17:17
“Azəristiliktəchizat” yubanmalara aydınlıq gətirdi

Xəbər verdiyimiz kimi, bu il Azərbaycanda istehlakçıların istiliklə təchizatına 3 gün gecikmə ilə ötən gündən başlanılıb.

Yubanmaya səbəb “Azəristiliktəchizat” ASC-nin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə 18 milyon manat borcunun olmasıdır.

Səhmdar cəmiyyətinin sədr müavini İlham Mirzəliyev “Report”a eksklüziv müsahibəsində bütün bu məsələlərə aydınlıq gətirib.

Onun sözlərinə görə, artıq qazanxanaların 85 %-dən çoxunun fəaliyyəti bərpa edilib, bu rəqəm günün sonuna qədər 100 %-ə çatdırılacaq.

Qeyd edək ki, istilik mövsümü dağ və dağətəyi rayonlarda noyabrın 1-də, digər ərazilərdə, o cümlədən paytaxt Bakıda isə noyabrın 15-də başlayır. 2020-2021-ci illər payız-qış mövsümü ərzində Cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə 3 870 yaşayış binası, o cümlədən 182 minə yaxın mənzil, 287 məktəb, 159 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 1 950 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi