"Azəristiliktəchizat" ötən il 14 milyon manatdan çox zərər edib

"Azəristiliktəchizat" ötən il 14 milyon manatdan çox zərər edib 2021-ci ildə Azərbaycanda istilik enerjisi tariflərinin maya dəyərindən aşağı olması ilə əlaqədar ayrılmış subsidiya məbləği nəzərə alınmaqla "Azəristiliktəchizat" ASC-nin zərəri 14 145,3 min manat olub.
İnfrastruktur
149
10 Mart , 2022 15:19
Azəristiliktəchizat ötən il 14 milyon manatdan çox zərər edib

2021-ci ildə Azərbaycanda istilik enerjisi tariflərinin maya dəyərindən aşağı olması ilə əlaqədar ayrılmış subsidiya məbləği nəzərə alınmaqla "Azəristiliktəchizat" ASC-nin zərəri 14 145,3 min manat olub.

"Report"un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, ötən il səhmdar cəmiyyəti istehlakçı qrupları üzrə 15 397,2 min manat dəyərində xidmət göstərib ki, bunun 13 454,6 min manatı və yaxud 87,4 %-i istilik təchizatı xidmətlərinə, 1 493,7 min manatı və yaxud 9,7 %-i isti su təchizatı xidmətlərinə, 448,8 min manatı və yaxud 2,9 %-i xidmət müqavilələrinə aid olub.

Cəmiyyətin göstərdiyi xidmətlər üzrə daxilolmalar 13 528,7 min manat, o cümlədən istilik təchizatı xidmətlərinə görə daxilolmalar 12 496,5 min manat və yaxud 92,4 %, isti su təchizatı xidmətlərinə görə 624,2 min manat və yaxud 4,6 %, xidmət müqavilələrinə görə 408 min manat və yaxud 3 % təşkil edib.

Ötən il yığım faizi 87,9 %, o cümlədən qeyri-əhali istehlakçıları üzrə 97,8 %, əhali istehlakçıları üzrə isə 74,2 % olub.

2021-ci ildə "Azəristiliktəchizat"ın istehsalat xərcləri 61 544,1 min manat təşkil edib ki, onun da 83,6 %-i Bakı, 16,4 %-i regional istilik təsərrüfatına aid olub. Xərclərin tərkibində əsas yeri qaz 54,4 %, elektrik enerjisi 6,9 %, su və dizel yanacağı 2,1 %, alınan enerji 1 %, əməkhaqqı 19,4 %, DSMF-ə ayırmalar 4,7 % tutub. Ümumilikdə xərclərin 64,4 %-i enerjidaşıyıcılar, su və alınan enerji xərcləri təşkil edib.

Son xəbərlər

Orphus sistemi