“Azəristiliktəchizat”: İstilik maya dəyərindən ucuz satılır

“Azəristiliktəchizat”: İstilik maya dəyərindən ucuz satılır “Azərbaycanda əhaliyə verilən istiliyin satış qiyməti onun maya dəyərindən aşağıdır. Bu da xidmətin sosial əhəmiyyəti ilə əlaqədardır.
İnfrastruktur
14 Noyabr , 2019 11:39
“Azəristiliktəchizat”: İstilik maya dəyərindən ucuz satılır
"Azəristiliktəchizat" ASC-nin sədr müavini Ilham Mirzəliyev / Report/Firi Salim

“Azərbaycanda əhaliyə verilən istiliyin satış qiyməti onun maya dəyərindən aşağıdır. Bu da xidmətin sosial əhəmiyyəti ilə əlaqədardır".

"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

O, ölkədə istilik tariflərinin artırılması ehtimalına da münasibət bildirib: “İstiliyin maya dəyəri ilə bağlı mütəmadi hesablamalar aparılır, amma bu, tariflərin artırılacağı ilə başa düşülməməlidir”.

İ.Mirzəliyev təmsil etdiyi qurumun özəlləşdirilməsinə məsələsinə də aydınlıq gətirib: “Heç bir biznesmen zərərlə işləyən qurumu özəlləşdirməkdə maraqlı olmaz. Bu səbəbdən də biz strateji yol xəritələrinə uyğun yenilənmə etdikdən sonra bunu özəlləşməyə çıxarmağı düşünürük".

Son xəbərlər

Orphus sistemi