"Azəristiliktəchizat": “Yeni tikili binaların mərkəzi istilik sisteminə qoşulması ilə bağlı müraciət yoxdur”

"Azəristiliktəchizat": “Yeni tikili binaların mərkəzi istilik sisteminə qoşulması ilə bağlı müraciət yoxdur” "Azərbaycanda dövlət tərəfindən istilik təchizatı ilə təmin edilən yaşayış binalarının böyük əksəriyyəti köhnə tikili binalardır. "Premium" sinif binalar istisna olmaqla yeni tikili binalarda isə mənzillərin istiliklə təmin edilməsi üçün daxili qazanxana
İnfrastruktur
12 Noyabr , 2021 12:50
Azəristiliktəchizat: “Yeni tikili binaların mərkəzi istilik sisteminə qoşulması ilə bağlı müraciət yoxdur”

"Azərbaycanda dövlət tərəfindən istilik təchizatı ilə təmin edilən yaşayış binalarının böyük əksəriyyəti köhnə tikili binalardır. "Premium" sinif binalar istisna olmaqla yeni tikili binalarda isə mənzillərin istiliklə təmin edilməsi üçün daxili qazanxana sistemi olmur və sakinlər özləri kombi sistemi quraşdırmaq məcburiyyətində qalır".

“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev “Report”a açıqlamasında MTK-ların mərkəzləşdiirlmiş istilik sisteminə qoşulmağa maraq göstərmədiklərini qeyd edib:

“Qanunda da qeyd olunub ki, yeni tikilən bina bütün texniki şərtlərini almalıdır. Yeni tikili binanın yaxınlığında bizə məxsus əlavə güc varsa, həmin binanı tikən şirkətə müəyyən texniki şərtlər daxilində hansı qazanxanaya qoşula biləcəklərini bildiririk. Bunun üçün MTK-lar özlərində istilik məntəqələri yaratmalı, məhəllədaxili xətt çəkməli, binadaxili istilik sistemi quraşdırmalıdırlar. Onlar isə bu şərtləri qəbul etmirlər. Bəzən sahibkar istəyir ki, binanın tikintisinə az vəsait xərcləsin və pul qazansın. Binadaxili istilik sistemini quraşdırmaq kifayət qədər böyük vəsait tələb etdiyinə görə, MTK-ların buna marağı olmur. Əslində isə həmin MTK “Azəristiliktəchizat”dan texniki şərt almalı və onun əsasında binadaxili istilik sistemini quraşdırmalıdır ki, sabah həmin binada mənzilə köçən vətəndaş istilik dərdi çəkməsin. Sakinlərin bəzisi evini kondensionerlə qızdırır, bəzisi gözləyir ki, qaz verilsin kombi sistemi çəkdirsin. Hər eyvandan bir kombi borusu çıxır və nəticədə həm şəhərin estetik görünüşünə xələl gəlir, həm də bu ekoloji cəhətdən zərərli olur”.

R.Əliyevin sözlərinə görə, bu il yeni tikili binaların mərkəzləşdirilmiş istilik sisteminə qoşulması ilə bağlı “Azəristiliktəchizat”a heç bir müraciət edilməyib.

Qeyd edək ki, noyabrın 1-dən respublikanın dağlıq və dağətəyi rayonlarında yaşayış binaları, sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsinə başlanılıb. Bu ayın 15-dən isə digər ərazilərdə, o cümlədən Bakı şəhərində istilik təchizatının təmin edilməsinə başlanılacaq. "Azəristiliktəchizat"ın məlumatına görə mövsüm ərzində Cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə 3 871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1 980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi