"AzerGold" 3 milyon manatlıq 2 tenderə yekun vurub

"AzerGold" 3 milyon manatlıq 2 tenderə yekun vurub AzerGold QSC Ağyoxuş-Mərəh sahəsində planlaşdırılan inzibati ərazinin hazırlanması, müvafiq konteynerlərin, köşkün təmin edilməsi və mədən sahəsinin hasarlanması (1), eləcə də Filizçay layihəsi və digər layihələrə texniki məsləhət və tədqiqat xidmətləri (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
İnfrastruktur
25 İyun , 2020 09:42
AzerGold 3 milyon manatlıq 2 tenderə yekun vurub

"AzerGold" QSC Ağyoxuş-Mərəh sahəsində planlaşdırılan inzibati ərazinin hazırlanması, müvafiq konteynerlərin, köşkün təmin edilməsi və mədən sahəsinin hasarlanması (1), eləcə də Filizçay layihəsi və digər layihələrə texniki məsləhət və tədqiqat xidmətləri (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Cation" və “PKF Audit Azerbaijan” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 640,9 min manat və 2 483,6 min manat, ümumilikdə isə 3 124,5 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi