“Azercell” abonentlərinə xəbərdarlıq edib

“Azercell” abonentlərinə xəbərdarlıq edib Mobil operatorun şəbəkəsində müvəqqəti çətinliklər yarana bilər
İnfrastruktur
11 Mart , 2017 09:40
“Azercell” abonentlərinə xəbərdarlıq edib

Bakı. 11 mart. REPORT.AZ/ “Azercell Telecom” MMC bəzi xidmətlərində müəyyən çətinliklərin yaranacağı ilə bağlı abunəçilərinə xəbərdarlıq edib. “Report” xəbər verir ki, bu barədə məlumat rəsmi mətbuatda dərc edilib.

Məlumata görə, şirkət tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədi ilə martın 12-də təkmilləşdirmə işləri aparılacaq.

Mobil operator bildirir ki, bununla əlaqədar həmin gün gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

Son xəbərlər

Orphus sistemi