Tehranda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin iclası keçiriləcək

Tehranda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin iclası keçiriləcək Tədbirdə Azərbaycanı nəqliyyat naziri Ziya Məmmədov təmsil edəcək
İnfrastruktur
22 Dekabr , 2015 15:14
Tehranda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin iclası keçiriləcək

Bakı. 22 dekabr. REPORT.AZ/ Dekabrın 23-də Tehranda (İran) Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin III iclası keçiriləcək. 

Azərbaycan Nəqliyyat Nazirliyindən "Report"a daxil olan xəbərə görə, iclasda qurumun rəhbəri Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. 

Görüş zamanı nəqliyyatın bütün sahələrində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional dəhlizlərin inkişafı, nəqliyyat üzrə Xəzəryanı ölkələrin imkanları və region ölkələrinin nəqliyyat infrastrukturunun modernləşdirilməsi, logistika mərkəzlərinin yaradılması kimi məsələlər müzakirə olunacaq. 

Yekun olaraq Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin Tehran toplantısının yekun bəyanatının qəbul olunması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi