Azərbaycanla İsrail arasında aviasiya sahəsində əməkdalığın genişləndirilməsi müzakirə edilib

Azərbaycanla İsrail arasında aviasiya sahəsində əməkdalığın genişləndirilməsi müzakirə edilib “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovun İsrailin Azərbaycandakı səfiri Corc Diklə bu gün keçirildiyi görüşdə mülki aviasiya sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf perspektivləri müzakirə olunub.
İnfrastruktur
7 İyul , 2022 16:33
Azərbaycanla İsrail arasında aviasiya sahəsində əməkdalığın genişləndirilməsi müzakirə edilib

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovun İsrailin Azərbaycandakı səfiri Corc Diklə bu gün keçirildiyi görüşdə mülki aviasiya sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf perspektivləri müzakirə olunub.

Bu barədə "Report" AZAL-a istinadən xəbər verir.

Görüşdə AZAL-ın prezidenti ölkələr arasında mülki hava daşımaları sahəsində səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.

Onun sözlərinə görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Tel-Əviv-Bakı marşrutu üzrə reyslərinin tezliyi həftədə beş dəfədir. Həmçinin "IsrAir" aviaşirkəti tərəfindən həftədə üç dəfə Təl-Əvivdən Bakıya və geriyə istiqamətdə uçuşlar həyata keçirilir.

“AZAL” aviaşirkəti İsraildəki tərəfdaşları olan turizm şirkətləri ilə birlikdə İsraildən Azərbaycana turist axınının formalaşdırılması və inkişafı üçün fəal və böyük işlər görür", - deyə C.Əsgərov bildirib.

İsrailin Azərbaycandakı səfiri Corc Dik ölkələrin nəqliyyat əlçatanlığının artırılması çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, bu əməkdaşlıq turist axınının həcminin artmasına və ölkələr arasında münasibətlərin hərtərəfli inkişafına xidmət edir.

Son xəbərlər

Orphus sistemi