Azərbaycan BTQ dəmir yolu xətti ilə yüklərin daşınmasına dair yeni sifarişlər alıb

Azərbaycan BTQ dəmir yolu xətti ilə yüklərin daşınmasına dair yeni sifarişlər alıb Rusiyanın paytaxtı Moskvada “Dağ mədən və metallurgiya yüklərinin dəmir yolu ilə daşınması” adlı 10-cu beynəlxalq konfrans keçirilib.
İnfrastruktur
4 Oktyabr , 2019 18:29
Azərbaycan BTQ dəmir yolu xətti ilə yüklərin daşınmasına dair yeni sifarişlər alıb

Rusiyanın paytaxtı Moskvada “Dağ mədən və metallurgiya yüklərinin dəmir yolu ilə daşınması” adlı 10-cu beynəlxalq konfrans keçirilib. 

"Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti "ADY Express" MMC-yə istinadən xəbər verir. 

Məlumatda deyilir ki, 2 gün davam edən konfransda, əsasən, Rusiyanın iri dağ-mədən və metallurgiya şirkətlərinin və aparıcı nəqliyyat və loqistika şirkətlərinin nümayəndələri, dağ-mədən və metallurgiya yüklərinin nəqli perspektivləri, həmin yüklərin axın istiqamətləri, dəmir yolu ilə onların effektiv daşınması yolları və digər aktual məslələri müzakirə ediblər.

Tədbirdə iştirak edən “ADY Express”in nümayəndələri həmin növ yüklərin, Rusiyadan cənub-qərb istiqamətində nəqli məsələlərini təqdim ediblər. "Azərbaycan Dəmir Yolları"nın Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu kimi iri infrastruktur layihələrinin imkanlarını konfrans iştirakçılarının diqqətinə çatdıran şirkət nümayəndələri Türkiyə və digər ölkələrə bu növ yüklərin daşınmasında, Azərbaycan ərazisindən keçən tranzit marşrutlarının üstünlüklərini nümayiş etdiriblər. Bildirilib ki, BTQ dəmir yolunun imkanaları ənənəvi marşrutlardan daha əlverişlidir. Azərbaycan ərazisindən keçən dəmir yolu marşrutu, nəqliyyat növünün dəyişmədən, BTQ dəmir yolu vasitəsi ilə daha tez və əlverişli şərtlərlə yüklərin ünvana çatdırılmasına imkan yaradır. Yüklərin həm Türkiyəyə, həm də Türkiyənin Aralıqı dənizindəki limanları vasitəsi ilə digər ölkələrə daşınmasının həll variantlarını təklif edən "ADY Express" iri yük sahiblərinə yeni loqistik məhsul sərgiləyib.

Konfrans çərçivəsində Rusiyanın iri istehsalçıları ilə ikitərəfli görüşlər keçirən "ADY Express" nümayəndələri artıq BTQ dəmir yolu ilə dağ-mədən və metallurgiya yüklərinin daşınmasına dair sifarişlər alıblar. Yaxın zamanlarda həmin yüklərin nəqlinə başlanılacaq.

Son xəbərlər

Orphus sistemi