Azərbaycanın tikinti müəssisələri ötən il 120 tikinti maşını alıb

Azərbaycanın tikinti müəssisələri ötən il 120 tikinti maşını alıb Bakı. 13 aprel. REPORT.AZ/ Bu il yanvarın 1-nə vəziyyətə görə, Azərbaycanın tikinti müəssisələrində 11 733, o cümlədən dövlət müəssisələrində 5 132, qeyri-dövlət müəssisələrində isə 6 601 tikinti maşını olub.
İnfrastruktur
13 Aprel , 2018 13:21
Azərbaycanın tikinti müəssisələri ötən il 120 tikinti maşını alıb

Bakı. 13 aprel. REPORT.AZ/ Bu il yanvarın 1-nə vəziyyətə görə, Azərbaycanın tikinti müəssisələrində 11 733, o cümlədən dövlət müəssisələrində 5 132, qeyri-dövlət müəssisələrində isə 6 601 tikinti maşını olub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci il ərzində 1 222 maşının dəyəri tam amortizasiya olunub, onlardan 421-i istismara yararsız olduğuna görə silinib.

Bleə ki, ötən il tikinti müəssisələri 120 ədəd müxtəlif növ tikinti maşını alıb ki, onların 29-nu avtobetondaşıyıcılar və avtobetonqarışdırıcılar, 21-ni avtomobil kranları, 18-ni yük və sərnişin qaldırıcılar, 14-nü traktor və avtomobil üzərində qazma maşınlar, 12-ni ekskavator-kranlar daxil edilməklə tırtıllı gedişli kranlar, 6-nı skreperlər, 20-ni isə digər növ tikinti maşınları təşkil edib.

Tikinti maşınlarının 9,4%-i Naxçıvan MR-da, 66%-i faizi Bakıda, 8%-i faizi Aran, hər birində 4,1% olmaqla Abşeron və Gəncə-Qazax, 8,4%-i isə digər iqtisadi rayonlarda cəmlənib.

Son xəbərlər

Orphus sistemi