Azərbaycanın təyyarə parkı genişləndiriləcək

Azərbaycanın təyyarə parkı genişləndiriləcək Bunu Prezident İlham Əliyev ABŞ-ın “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili ilə görüşdə deyib
İnfrastruktur
28 Aprel , 2021 12:23
Azərbaycanın təyyarə parkı genişləndiriləcək

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yeni hava limanlarının inşa olunması ilə ölkənin təyyarə parkı genişləndiriləcək.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ-ın “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili ilə görüşdə deyib.

“İki gün bundan əvvəl yeni hava limanlarından birinin təməlini qoydum. Tikintisinə bir neçə ay bundan öncə başladığımız birinci hava limanı isə sentyabrda istismara veriləcək”, - dövlət başçısı əlavə edib.

Son xəbərlər

Orphus sistemi