Azərbaycanın da təmsil olunduğu Ümumdünya Şəhər Forumunda bayraqqaldırma mərasimi keçirilib

Azərbaycanın da təmsil olunduğu Ümumdünya Şəhər Forumunda bayraqqaldırma mərasimi keçirilib Polşanın Katovitsa şəhərində Ümumdünya Şəhər Forumunun (WUF11) XI sessiyasının bayraq qaldırma mərasimi keçirilib. Forumun rəsmi açılışı sabah baş tutacaq.
İnfrastruktur
26 İyun , 2022 17:33
Azərbaycanın da təmsil olunduğu Ümumdünya Şəhər Forumunda bayraqqaldırma mərasimi keçirilib

Polşanın Katovitsa şəhərində Ümumdünya Şəhər Forumunun (WUF11) XI sessiyasının bayraq qaldırma mərasimi keçirilib. Forumun rəsmi açılışı sabah baş tutacaq.

"Report"un Katovitsedən olan müxbirinin verdiyi məlumata görə, Ümumdünya Şəhər Forumu iyunun 26-dan 30-dək Katovitsa şəhərinin tarixi hissəsində yerləşən Beynəlxalq Konfrans Mərkəzində keçiriləcək.

Beynəlxalq konfransda əsas diqqət şəhərlərin inkişafına yönəlib.

Bu il forumun proqramına müharibədən sonra şəhərlərin bərpası mövzusu da daxildir.

Qeyd edək ki, forumda Azərbaycan nümayəndə heyəti iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi