Azərbaycanın biznes aviasiya operatorunun trafiki azalıb

Azərbaycanın biznes aviasiya operatorunun trafiki azalıb Şirkət bunu qeyri-sabit iqtisadi və siyasi vəziyyətlə əlaqələndirir
İnfrastruktur
9 Fevral , 2016 16:15
Azərbaycanın biznes aviasiya operatorunun trafiki azalıb

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanın yeganə biznes aviasiya operatoru olan "Silk Way Business Aviation" şirkətinin trafiki 2015-ci il ərzində illik müqayisədə azalıb. "Report" xəbər verir ki, bu göstəricinin azalması 20% təşkil edib. Şirkət bu azalmanı dünyadakı qeyri-sabit iqtisadi və siyasi vəziyyətlə əlaqələndirib.

Bununla belə, "SW Business Aviation" nikbinliyini itirmir və artıq bu il 2014-cü ilin göstəricilərinə nail olacağına ümid edir. Belə ki, bu il Bakıda "Formula-1" Avropa Qran-Prisi kimi iri beynəlxalq tədbirlərin keçirilməsi gözlənilir, habelə 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi nəzərdə tutulub. Bütün bu tədbirlər boyu şirkətin biznes trafikinin artacağı gözlənilir və "SW Business Aviation" biznes reyslərə xidmət göstərilməsi üzrə əsas təminatçı şirkət qismində fəaliyyət göstərəcək.

Qeyd edək ki, ötən ilin birinci yarısı şirkət üçün son dərəcə məhsuldar keçib. İyun ayında operator yüksək qabaritli və yüksək sürətli biznes-cet "Gulfstream G650" təyyarəsi alıb.

Bundan bir il öncə isə şirkət iki yeni superorta biznes-cetləri ("Gulfstream G280") hesabına trafikini 30% artırıb. Ən populyar istiqamətlər isə Bakıdan Moskva, London, Dubay və İstanbul kimi şəhərlərə olub.

Son xəbərlər

Orphus sistemi