Azərbaycanda "yaşıl" binalarla bağlı perspektivlər müzakirə ediləcək

Azərbaycanda "yaşıl" binalarla bağlı perspektivlər müzakirə ediləcək İyunun 6-da Azərbaycanda "yaşıl" binalarla bağlı tədbir keçiriləcək.
İnfrastruktur
17 May , 2024 12:38
Azərbaycanda yaşıl binalarla bağlı perspektivlər müzakirə ediləcək

İyunun 6-da Azərbaycanda "yaşıl" binalarla bağlı tədbir keçiriləcək.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycanda nümayəndəsi Aliyə Əzimova "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.

Onun sözlərinə görə, tədbir IFC-nin dəstəyi ilə təşkil ediləcək: "Tədbirdə "yaşıl" binalarla bağlı perspektivlər müzakirə ediləcək".

A. Əzimova bildiri ki, hazırda binalar qlobal qaz emissiyalarının 37 %-dən çoxunu təşkil edir.

"Azərbaycanda olan fərqli fikirlərə baxmayaraq "yaşıl" binalar daha yüksək dəyərə və daha aşağı istismar xərclərinə malikdi və dünya təcrübəsi onu göstərir ki, son 10 ildə IFC "yaşıl" binalarla bağlı həm birbaşa, həm də banklar vasitəsi ilə investisiya və sənayeni dəyişdirən alətlər və sertifikatlar daxil olmaqla vahid yanaşma inkişaf etdirib".

Son xəbərlər

Orphus sistemi