Azərbaycanda yanvar-fevral aylarında yük daşınması 4,4% artıb

Azərbaycanda yanvar-fevral aylarında yük daşınması 4,4% artıb Sərnişin daşınmasında isə 2,3% artım müşahidə olunub
İnfrastruktur
16 Mart , 2017 20:15
Azərbaycanda yanvar-fevral aylarında yük daşınması 4,4% artıb

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2017-ci ilin yanvar-fevral aylarında 32,6 mln. ton yük və 294,6 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 4,4%, sərnişin daşınması isə 2,3% artıb.

Yüklərin 56,5%-i avtomobil, 30,6%-i boru kəməri, 8,9%-i dəmir yolu, 3,9%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb.

Sərnişinlərin 87,7%-i avtomobil, 12,1%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

Son xəbərlər

Orphus sistemi