Azərbaycanda Ucar-Əlikənd dəmir yolunun əsaslı təmirinə başlanılıb

Azərbaycanda Ucar-Əlikənd dəmir yolunun əsaslı təmirinə başlanılıb Bu mənzilin 6 km-lik hissəsi təmir olunacaq
İnfrastruktur
24 Aprel , 2017 10:36
Azərbaycanda Ucar-Əlikənd dəmir yolunun əsaslı təmirinə başlanılıb

Bakı. 24 aprel. REPORT.AZ/ Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Bu gün isə Ucar-Əlikənd mənzilində 4 km və Ucar stansiyasında 2 km dəmir yolunun əsaslı təmirinə start verilib.

Bu, "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan "Report"a daxil olan məlumatda qeyd edilib.

"Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Təmir işləri bir həftə davam edəcək", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanı “Moravia Steel” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 271 km dəmir yolu əsaslı təmir olunub.

Son xəbərlər

Orphus sistemi