Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycanda mülkiyyət növü və mənsubiyyətindən asılı olmayaraq bütün torpaqların təyinatı üzrə istifadəsinə görə nəzarəti Əmlak Məsələləri üzrə Dövlət Komitəsi həyata keçirəcək.
"Report" xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu səlahiyyət Komitənin yeni əsasnaməsində qeyd olunub.Komitə öz yerli qurumları, torpaq müfəttişləri vasitəsilə bu torpaqlardan təyinatı üzrə istifadə olunmasına nəzarət işini həyata keçirəcək.