Azərbaycanda tikintidə çalışan işçilərin əmək haqları ötən il 4% azalıb

Azərbaycanda tikintidə çalışan işçilərin əmək haqları ötən il 4% azalıb Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycanda 2017-ci ildə tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 102,7 min nəfər təşkil edib, onların 52,9 min nəfəri binaların tikintisində, hər birində 24,9 min nəfər olmaqla mülki təyinatlı inşaat işlərində və ixtisaslaşdırılmış tikinti işlərində çalışıb. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
İnfrastruktur
336
14 Fevral , 2018 13:22
Azərbaycanda tikintidə çalışan işçilərin əmək haqları ötən il 4% azalıb

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycanda 2017-ci ildə tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 102,7 min nəfər təşkil edib, onların 52,9 min nəfəri binaların tikintisində, hər birində 24,9 min nəfər olmaqla mülki təyinatlı inşaat işlərində və ixtisaslaşdırılmış tikinti işlərində çalışıb. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

İşçilərin 27,4%-i dövlət, 72,6%-i isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olublar.

Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 4,1% azalaraq 780,7 manat olub. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 884,5 manat, dövlət sektorunda isə 522,8 manat olub. Əvvəlki illə müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində orta aylıq nominal əmək haqqı 16,8% azalıb, mülki təyinatlı inşaat işlərində 12,%, binaların tikintisində isə 1,7% artıb.

Son xəbərlər

Orphus sistemi