Azərbaycanda taksi xidməti ilə bağlı vahid platforma yaradılacaq

Azərbaycanda taksi xidməti ilə bağlı vahid platforma yaradılacaq Bakı. 4 dekabr. REPORT.AZ/ Bütün sərnişindaşımada yeniliklər gözlənilir.
İnfrastruktur
137
4 Dekabr , 2018 13:01
Azərbaycanda taksi xidməti ilə bağlı vahid platforma yaradılacaq
0 : 00
0 : 00

Bakı. 4 dekabr. REPORT.AZ/ "Bütün sərnişindaşımada yeniliklər gözlənilir".

Bunu “Report”a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Həbib Həsənov bildirib.

Onun sözlərinə görə, sərnişindaşımada vahid bilet sistemi və taksi xidmətində vahid platformanın yaradılması istiqamətində işlər aparılır: "Bununla bağlı hazırlıq işləri tamamlanmaq üzrədir”.

Hazırda “Bakıkart”ın mövcud olduğunu xatırladan H.Həsənov bildirib ki, bütün ölkə üzrə sərnişindaşıma ilə bağlı vahid kartın istifadəyə verilməsi planlaşdırılır: "Respublika üzrə bilet sisteminin yaradılması və gələcəkdə yerüstü nəqliyyat vasitələrinə inteqrasiyası nəzərdə tutulur. Respublikada vahid bilet sisteminin olmasının bir sıra üstünlükləri var. Bu, daşıyıcıların özlərinə də xeyirdir". 

Son xəbərlər

Orphus sistemi