Azərbaycanda qeyri-qanuni sərnişindaşımanın qarşısı almaq üçün qanunvericilik dəyişdiriləcək

Azərbaycanda qeyri-qanuni sərnişindaşımanın qarşısı almaq üçün qanunvericilik dəyişdiriləcək Azərbaycanda qeyri-qanuni sərnişin daşımalarının qarşısını almaq üçün qanunvericilikdə dəyişikliklər edilməsi gözlənilir.
İnfrastruktur
9 dekabr 2022 07:17
Azərbaycanda qeyri-qanuni sərnişindaşımanın qarşısı almaq üçün qanunvericilik dəyişdiriləcək
Rəhman Hümmətov

Azərbaycanda qeyri-qanuni sərnişin daşımalarının qarşısını almaq üçün qanunvericilikdə dəyişikliklər edilməsi gözlənilir.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

"Hazırda qeyri-qanuni daşıyıcılara qanunla nəzarət etmək imkanımız yoxdur. Bu problemlərin həll edilməsinin köklü yolunu məhz qanunvericilikdə dəyişikliklərin edilməsində görürük. Bir ildən çoxdur ki, biz geniş dəyişikliklər paketi hazırlamışıq və aidiyyəti nazirliklərlə bir neçə mərhələdə müzakirələr aparılır. Hərtərəfli qiymətləndirmədən sonra yekun layihəni görəcəyik", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi