​Azərbaycanda qeydiyyatda olan radiotezlik istifadəçilərinin sayı açıqlanıb

​Azərbaycanda qeydiyyatda olan radiotezlik istifadəçilərinin sayı açıqlanıb Çoxluq dövlət müəssisələrinə məxsusdur
İnfrastruktur
5 May , 2015 20:19
​Azərbaycanda qeydiyyatda olan radiotezlik istifadəçilərinin sayı açıqlanıb

Bakı. 5 may. REPORT.AZ/ Dövlət Radiotezliklər İdarəsində 449 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən "Report"a verilən məlumata görə, bu statistika aprelin 1-ə qədər qeyd alınan rəqəmlərdir.

Məlumata görə, onlardan 69 istifadəçi dövlət, 312 istifadəçi kommersiya, 32 istifadəçi xarici təşkilat və 36 istifadəçi isə fiziki şəxslərdir. 

Son xəbərlər

Orphus sistemi