​Azərbaycanda qanunsuz evlər köçürülə bilər

​Azərbaycanda qanunsuz evlər köçürülə bilər ƏMDK: Qanunsuz evin köçürülməsi baha başa gəlirsə o saxlanılır, əks halda köçürülür
İnfrastruktur
10 İyul , 2015 13:24
​Azərbaycanda qanunsuz evlər köçürülə bilər

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycanda vahid kadastr bazasının yaradılması üzrə işlər gedir. "Report" xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədr müavini Rafiq Cəlilov jurnalistlərə açıqlamasında deyib: "Yaxın 2-3 ildə bu mükəmməl bazanı təhvil verəcəyik".

Onun sözlərinə görə, bu bazadan təkcə ƏDMK deyil, digər aidiyyəti qurumlar da istifadə edə biləcək: "Biz Sumqayıt şəhəri və Bakının 7 rayonunun mükəmməl kadastr məlumat bazasını hazırlamışıq. 3 rayonu da bu ilin oktyabrına qədər yekunlaşdıracağıq. Gəncə-Şəkini də 2016-cı ildə təhvil verəcəyik. Həmçinin respublikanın 53 rayonunun sadə kadastrı hazırlanıb təhvil verilib".

Komitə rəsmisi bəzi torpaqlarda qanunsuz tikilən evlərin köçürülməsi ilə bağlı məsələlərə də aydınlıq gətirib: "Dünya praktikası belədir ki, əgər həmin evlərin köçürülməsi baha başa gəlirsə o saxlanılır, yox daha ucuz olursa köçürülür. Biz də həmin ərazilərdə bu prinsipi tətbiq etməyi düşünürük".

Son xəbərlər

Orphus sistemi