Azərbaycanda ötən ay 1 300-dən çox həyət evi ilkin qeydiyyata alınıb

Azərbaycanda ötən ay 1 300-dən çox həyət evi ilkin qeydiyyata alınıb Bu ilin fevral ayı ərzində 1 302 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb.
İnfrastruktur
17 Mart , 2022 15:29
Azərbaycanda ötən ay 1 300-dən çox həyət evi ilkin qeydiyyata alınıb

Bu ilin fevral ayı ərzində 1 302 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 5,1% artıb.

Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 3,6 dəfə artaraq 4 612 olub.

Ötən ay ölkədə 26 194 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb ki, bunun 7 587-i (17.02 %-i) ilkin, 18 607-i (82.98 %-i) isə təkrar qeydiyyatın payına düşüb.

Son xəbərlər

Orphus sistemi