Azərbaycanda nəqliyyat vasitələrinə taxoqraf quraşdırılacaq

Azərbaycanda nəqliyyat vasitələrinə taxoqraf quraşdırılacaq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhər və rayonlar arasında sərnişin və yük daşınması üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrinə taxoqraf (nəzarət cihazı) quraşdırılması ilə bağlı mexanizm h
İnfrastruktur
205
19 Oktyabr , 2021 14:34
Azərbaycanda nəqliyyat vasitələrinə taxoqraf quraşdırılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ölkədaxili şəhər və rayonlar arasında sərnişin və yük daşınması üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrinə taxoqraf (nəzarət cihazı) quraşdırılması ilə bağlı mexanizm hazırlayıb.

“Report” xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəsmisi Günay Əliyeva bildirib.

Onun sözlərinə görə, bu, “2019-2023-cü illərdə Yol Hərəkətinin Təhlükəsizliyinə dair Dövlət Proqramı” çərçivəsində baş tutacaq.

"Bu təcrübə beynəlxalq yükdaşımalarda mövcuddur. Taxoqrafla sürücünün sükan arxasında neçə saat olmasına, eləcə də onun davranışına nəzarət etmək mümkün olacaq", - G.Əliyeva qeyd edib.

Son xəbərlər

Orphus sistemi