Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma qiymətləri bahalaşıb

Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma qiymətləri bahalaşıb Artım ötən ilin eyni dövrü ilə müqayisədə 12% qeydə alınıb
İnfrastruktur
13 İyul , 2017 19:00
Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma qiymətləri bahalaşıb

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3% bahalaşıb.

Dövlət Statistika Komitəsindən (DSK) "Report"a daxil olan məlumata görə, bu ilin iyun ayında may ayına nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri 0,1%, o cümlədən avtomobil nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 3,1%, boru kəməri nəqliyyatı ilə neftin nəql olunma qiyməti 0,3% ucuzlaşıb.

"Dəniz nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 0,1% bahalaşıb, qazın nəql olunma qiyməti, dəmiryol nəqliyyatında ölkədaxili və ölkələrarası yükdaşıma qiymətləri, hava nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri və avtomobil nəqliyyatında ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb",- DSK-nın məlumatında bildirilib.

Son xəbərlər

Orphus sistemi