Azərbaycanda mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı 2 milyona yaxın sənəd rəqəmsallaşdırılıb

Azərbaycanda mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı 2 milyona yaxın sənəd rəqəmsallaşdırılıb İndiyə qədər Azərbaycanda mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı 1 milyon 881 min sənəd rəqəmsallaşdırılıb və onların "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sistemi"nə inteqrasiyası ilə bağlı işlərə başlanılıb.
İnfrastruktur
12 İyun , 2024 16:15
Azərbaycanda mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı 2 milyona yaxın sənəd rəqəmsallaşdırılıb

İndiyə qədər Azərbaycanda mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı 1 milyon 881 min sənəd rəqəmsallaşdırılıb və onların "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sistemi"nə inteqrasiyası ilə bağlı işlərə başlanılıb.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sistemi" və əmlakın qeydiyyatında yeni islahatlar" mövzusunda Bakıda sahibkarlarla keçirilən görüşdə bildirib.

O qeyd edib ki, yeni yaradılacaq sistemdə qeydiyyat üçün əsas olan sənədlər altsistemi nəzərdə tutulub: "Hazırda arxivimizdə 840 min sənəd var ki, bunların da rəqəmsallaşdırılaraq sistemə daxil edilməsinə başlanıb. Bizim qurumun 2 milyon 700 min sənədi də sistemə daxil ediləcək və bu, yerləşdirilməli olan sənədlərin çox az bir hissəsidir. Digər dövlət qurumlarının da sənədlərininin bu sistemə daxil edilməsi nəzərdə tutulub".

E. Məmmədov qeyd edib ki, hər bir şəxs və ya qurumlöz identifikasiya yaxud VÖEN kodunu daxil edərək sistemdən həmin sənədləri əldə edə biləcək.

Son xəbərlər

Orphus sistemi