Azərbaycanda mövcud olan tikinti maşınlarının sayı açıqlanıb

Azərbaycanda mövcud olan tikinti maşınlarının sayı açıqlanıb Bu il yanvarın 1-nə Azərbaycanın tikinti müəssisələrində 11 647, o cümlədən dövlət müəssisələrində 4 980, qeyri-dövlət müəssisələrində 6 667 tikinti maşını olub.
İnfrastruktur
11 Aprel , 2019 11:27
Azərbaycanda mövcud olan tikinti maşınlarının sayı açıqlanıb

Bu il yanvarın 1-nə Azərbaycanın tikinti müəssisələrində 11 647, o cümlədən dövlət müəssisələrində 4 980, qeyri-dövlət müəssisələrində 6 667 tikinti maşını olub. 

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, 2018-ci il ərzində 1 104 maşın tam amortizasiya olunub, onlardan 253-ü istismara yararsız olduğuna görə silinib.

2018-ci ildə tikinti müəssisələri tərəfindən 167 ədəd müxtəlif növ tikinti maşını alınıb ki, onların 68-ni yükünü özüboşaldan avtomobillər, 17-ni yolbasan maşınlar, 17-ni stasionar və avtobetonnasoslar, 13-nü pnevmotəkərli kranlar, 13-nü pnevmatik əl maşınları, 11-ni karxanalar üçün mobil və stasionar qırma-ələmə avadanlıqları, 28-ni isə digər növ tikinti maşınları təşkil edib.

Tikinti maşınlarının 9,7%-i Naxçıvan Muxtar Respublikasında, 65,3%-i Bakı şəhərində, 8,1%-i Aran, 4,2%-i Gəncə-Qazax, 3,8%-i Abşeron, 8,9%-i isə digər iqtisadi rayonlarda cəmlənib.

Son xəbərlər

Orphus sistemi