Azərbaycanda milli parkların maliyyə vəziyyətinin yaxşılaşdırılması planlaşdırılır

Azərbaycanda milli parkların maliyyə vəziyyətinin yaxşılaşdırılması planlaşdırılır Azərbaycanda mövcud olan milli parklarda idarəetmənin təkmilləşdirilməsi nəzərdə tutulur.
İnfrastruktur
8 Dekabr , 2021 11:42
Azərbaycanda milli parkların maliyyə vəziyyətinin yaxşılaşdırılması planlaşdırılır

Azərbaycanda mövcud olan milli parklarda idarəetmənin təkmilləşdirilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) meneceri Şahin İsayev “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdarəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi üzrə ilkin milli seminarda deyib.

Onun sözlərinə görə, bu istiqamətdə menecment planlarının həyata keçirilməsi planlaşdırılır:"Hirkan və Şirvan milli parkları üçün inteqrasiya idarəetməsi planları hazırlanacaq. Həmçinin, xüsusi mühafizə olunan ərazilər üçün dayanıqlı maliyyə strategiyasının hazırlanması nəzərdə tutulur. Məlumdur ki, milli parkların gəlirləri ancaq ekorturizmdəndir".

O əlavə edib ki, Hirkan Milki Parkında 70-dən çox kənd yerləşir, həmin kəndlər milli parka təsir edir, bu baxımdan bu kəndlərin Hirkan Milli Parkına inteqrasiyası nəzərdə tutulur. Həmin kəndlərin əhalisinin iştirakçılığının təmin edilməsi planlaşdırılır, yəni yerli əhalinin parkdan daha təkmilləşmiş şəkildə faydalanması nəzərdə tutulur. Orda yaşayan insanlar milli parkdakı otlaqlardan istifadə edirsə, ona əlavə gəlir yeri, yaxud hər hansı bir dəstəyin göstərilməsi nəzərdə tutulur. Dünyada belə təcrübə var ki, hər hansı milli park ərazisində yerləşən kənddə istehsal edilən məhsul, məsələn bal, elə həmin milli parkın adı altında satılır. Yəni, brend məhsula çevirilir. Bu zaman da kəndli milli parkdan faydalanır. Həmin əhali üçün Hirkan Milli Parkının potensial imkanları ilə bağlı maarifləndirmənin aparılması da planlaşdırılır".

Son xəbərlər

Orphus sistemi