“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Quba rayonunun Qonaqkənd kəndinin Vəlvələçay (Cimiçay) çayının sel sularından mühafizəsi (1), eləcə də Quba rayonundakı Qudyalçayda sahilbərkitmə işləri (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “Azərtranss” və “Teymur-M” MMC-lərdir.
Qalib şirkətlərə 5 212,6 min manat və 3 401,98 min manat, ümumilikdə isə 8 614,6 min manat ödəniləcək.