Azərbaycanda meliorasiyaya dair 5 milyon manatlıq 4 tenderə yekun vurulub

Azərbaycanda meliorasiyaya dair 5 milyon manatlıq 4 tenderə yekun vurulub “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti mərkəzləşdirilmiş elektron uçot sisteminin yaradılması (1), meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazas
İnfrastruktur
27 dekabr 2021 12:32
Azərbaycanda meliorasiyaya dair 5 milyon manatlıq 4 tenderə yekun vurulub

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti mərkəzləşdirilmiş elektron uçot sisteminin yaradılması (1), meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının yaradılması (2), maşın və mexanizmlərə GPS izləmə sisteminin quraşdırılması(3), Ağstafa rayonu, Köçəsgər kəndində sel sularından mühafizə tədbirlərinin görülməsi (4) ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq "Prosys", "Datum", “Matrix” və “Real-İnşaat” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 0,69 milyon manat, 2,1 milyon manat, 0,657 milyon manat və 1,152 milyon manat, ümumilikdə isə 4,599 milyon manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi