Azərbaycanda istismar müddəti bitmiş daha 110 soyuducu vaqon emal olunacaq

Azərbaycanda istismar müddəti bitmiş daha 110 soyuducu vaqon emal olunacaq "Azərbaycan Dəmir Yolları’’ (ADY) QSC iyun-iyul aylarında Yeni Ələt stansiyasında mövcud olan daha 110 ədəd soyuducu vaqonu demontaj edərək təkrar emal üçün yerli müəssisələrə təhvil verib.
İnfrastruktur
10 avqust 2023 08:03
Azərbaycanda istismar müddəti bitmiş daha 110 soyuducu vaqon emal olunacaq

"Azərbaycan Dəmir Yolları’’ (ADY) QSC iyun-iyul aylarında Yeni Ələt stansiyasında mövcud olan daha 110 ədəd soyuducu vaqonu demontaj edərək təkrar emal üçün yerli müəssisələrə təhvil verib.

Bu barədə "Report"a ADY-dən bildirilib.

Məlumata görə, səhmdar cəmiyyəti istismar müddətini başa vurmuş və bərpası mümkün olmayan hərəkət tərkibinin utilizasiyasını davam etdirir.

Soyuducu vaqonların demontajı zamanı vaqonun yararlı ehtiyat hissələri sökülərək anbara təhvil verilir və digər vaqonların texniki təchizatında təkrar istifadə edilir.

ADY hazırda Ələt Refrijerator Vaqon Deposunda mövcud olan 24 ədəd soyuducu vaqonun demontaj işlərinə başlayıb. İlin sonuna kimi isə mərhələli şəkildə H.Z. Tağıyev adına Çeşidləmə stansiyasında dayanmış vaqonların da utilizasiya prosesi həyata keçiriləcək.

ADY 2015-ci ildən bu günə kimi, ümumilikdə 15 852 vaqonu utilizasiya edib.

"Utilizasiya ilə bağlı yerli şirkətlərə öncədən sorğu ünvanlanır, metalın satışı müsabiqə formasında və şəffaf qaydada təşkil edilir. ADY növbəti onillikdə ölkənin sosial-iqtisadi prioritetləri çərçivəsində təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi hədəfinə uyğun olaraq fəaliyyətində ətraf mühitin qorunması və hərəkət tərkibinin yenilənməsi istiqamətində yeni nəsil eko-qatarların alınması məqsədilə bir neçə layihə üzərində işləyir", - deyə qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi