​Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 8%, yükdaşıma isə 3% artıb

​Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 8%, yükdaşıma isə 3% artıb Sərnişindaşımanın 0,3%-i özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib
İnfrastruktur
17 Noyabr , 2014 17:13
​Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 8%, yükdaşıma isə 3% artıb
Bakı. 17 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1,5 mln. sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% çoxdur.

"Report"un Dövlət Statistika Komitəsinin hesabatına əsasən verdiyi xəbərə görə, sərnişindaşımanın 99,7%-i dövlət, 0,3%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib. 

Həmçinin qeyd olunur ki, hava nəqliyyatı növü ilə daşınan yüklərin həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artaraq 99,3 min tona çatıb.

Son xəbərlər

Orphus sistemi