Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşınması artıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşınması artıb Nəqliyyatın bu sektorunda 0,1% çoxalma qeydə alınıb
İnfrastruktur
14 İyul , 2016 13:10
Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşınması artıb

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 67,1 mln. ton yük, 805,9 mln. sərnişin daşınıb. 

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, bununla da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8% və 2,5% artım qeydə alınıb.  

Sərnişinlərin 96,1%-i avtobus, 3,9%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,5% artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2,6% azalaraq 109,3 mln. nəfər olub.

Hava nəqliyyatı ilə 799,9 min (0,1% çox) sərnişin daşınıb, daşımaların 99,8%-i dövlət, 0,2%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 19,1% artaraq 71,6 min tona çatıb.

Son xəbərlər

Orphus sistemi