Azərbaycanda güzəştli mənzil satışına ilin sonuna kimi başlanıla bilər

Azərbaycanda güzəştli mənzil satışına ilin sonuna kimi başlanıla bilər Bakıda 6 mindən çox insan güzəştli mənzilə sahib olmaq üçün müraciət edib
İnfrastruktur
120
17 Oktyabr , 2017 14:19
Azərbaycanda güzəştli mənzil satışına ilin sonuna kimi başlanıla bilər

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakıda güzəştli mənzil almaq məqsədilə 6,5 mindən çox insan qeydiyyatdan keçib.

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Anar Quliyev bildirib.

Onun sözlərinə görə, mənzillərin satışı "Güzəştli mənzil" sistemi vasitəsilə reallaşdırılır. Güzəştli mənzil əldə etmək hüququna malik vətəndaşlar, məlum olduğu kimi, bu qeydiyyat sistemindən keçirlər, daha sonra ödəniş üsulu və istədikləri mənzili seçmək hüquq əldə edirlər. 

"Ehtimal edirəm ki, bu günə qədər müvafiq məsələ ilə bağlı 6 000- 6 500 nəfər qeydiyyatdan keçib. Növbəti mərhələ isə ilk mənzillərin satışı elan olunduqdan sonra başlayacaq", - deyə Dövlət Agentliyinin rəsmisi əlavə edib.

A.Quliyev əlavə edib ki, mənzillərin satışına ilin sonuna kimi başlanıla bilər, lakin dəqiq tarix hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi