Azərbaycanda əsas dəmir yolunun təmirinə başlanılıb

Azərbaycanda əsas dəmir yolunun təmirinə başlanılıb Təmir işlərinə Biləcəri stansiyasında başlanılıb və artıq 1,5 km-in əsaslı təmiri başa çatmaq üzrədir
İnfrastruktur
6 Noyabr , 2015 14:51
Azərbaycanda əsas dəmir yolunun təmirinə başlanılıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycanda dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunacaq.

"Report"un “Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən verdiyi xəbərə görə, əsaslı təmir işlərinin yeni yaradılmış 5 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Təmir işlərinə Biləcəri stansiyasında başlanılıb və artıq 1,5 km uzunluğunda baş yolun əsaslı təmiri başa çatmaq üzrədir.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında “Azərbaycanda dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Son xəbərlər

Orphus sistemi