Azərbaycanda əhalinin siyahıya alınmasına dəmir yolunda və hava limanında başlanılıb

Azərbaycanda əhalinin siyahıya alınmasına dəmir yolunda və hava limanında başlanılıb “Azərbaycanda əhalinin siyahıya alınması çərçivəsində sınaq siyahıyaalma həyata keçirilib və sənədlərə cüzi dəyişikliklər edilib.
İnfrastruktur
1 Oktyabr , 2019 12:25
Azərbaycanda əhalinin siyahıya alınmasına dəmir yolunda və hava limanında başlanılıb

“Azərbaycanda əhalinin siyahıya alınması çərçivəsində sınaq siyahıyaalma həyata keçirilib və sənədlərə cüzi dəyişikliklər edilib".

“Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, bu gündən başlanan siyahıyaalmaya hazırlıq işlərinə 2016-cı ildən start verilib: “Bununla bağlı baş nazirin müüavini Əli Həsənovun sədrliyi ilə xüsusi komissiya yaradılıb. Komissiyanın bir neçə dəfə iclası olub, hətta iki dəfə baş nazirin yanında müzakirələrə də aparılıb. Bu gecə saat 12-dən etibarən dəmir yolunda və hava limanında siyahıyaalma başlanılıb”.

Son xəbərlər

Orphus sistemi