Azərbaycanda dəmiryol keçidlərində hərəkət qaydalarının pozulmasına görə cərimələr artırılıb

Azərbaycanda dəmiryol keçidlərində hərəkət qaydalarının pozulmasına görə cərimələr artırılıb İnzibаti Хətаlаr Məcəlləsində edilmiş dəyişikliklərə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və yaxud nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə nəqliyyat vasitələrinin sürücüləri 100
İnfrastruktur
18 İyul , 2023 17:19
Azərbaycanda dəmiryol keçidlərində hərəkət qaydalarının pozulmasına görə cərimələr artırılıb

İnzibаti Хətаlаr Məcəlləsində edilmiş dəyişikliklərə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və yaxud nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə nəqliyyat vasitələrinin sürücüləri 100 manat cərimə ediləcək.

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Belə ki, dəyişiklikdən əvvəl dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına görə 80 manat məbləğində cərimə nəzərdə tutulurdusa, hazırki dəyişikliklərdən sonra bu tip yol hərəkəti qaydalarının pozulmasına görə cərimə məbləği 20 manat artırılıb.

Eyni zamanda, dəyişikliklərə əsasən nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi də inzibati xəta kimi təsbit edilib və bu tip yol hərəkəti qaydalarının pozulmasına görə cərimə məbləği 100 manat müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi