Azərbaycanda daha 3 şəhərin baş planı hazırlanacaq

Azərbaycanda daha 3 şəhərin baş planı hazırlanacaq Dövlət Şəhərsalma və Arxitertura Komitəsi İsmayıllı şəhərinin, Lənkəran rayonundakı Liman şəhərinin və Xaçmaz rayonundakı Xudat şəhərinin baş planlarının hazırlanması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.
İnfrastruktur
789
10 Sentyabr , 2021 09:28
Azərbaycanda daha 3 şəhərin baş planı hazırlanacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İsmayıllı şəhərinin, Lənkəran rayonundakı Liman şəhərinin və Xaçmaz rayonundakı Xudat şəhərinin baş planlarının hazırlanması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "EL & EN" Firması, "İntegris" MMC və Fövqalədə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Baş Layihə İnstitutudur ("Azərdövlətlayihə").

Qaliblərə müvafiq olaraq 178 min manat, 154 min manat və 168 min manat, ümumilikdə isə 500 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi