Bu il Azərbaycanda qəfildən qatarın yoluna çıxan 7 nəfər ölüb, 6 nəfər isə ağır xəsarət alıb.
Bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.
Bundan başqa, məlumata görə, il ərzində avtomobillərin qatarın yoluna çıxması və baş vermiş toqquşmalar nəticəsində səhmdar cəmiyyətinin infrastrukturuna 86 min manat ziyan dəyib.