Azərbaycanda bu il ​1,5 minə yaxın radioelektron vasitə qeydiyyata alınıb

Azərbaycanda bu il ​1,5 minə yaxın radioelektron vasitə qeydiyyata alınıb Ölkədə qeydiyyatda olan radioelektron vasitələrin ümumi sayı 48 minə çatıb
İnfrastruktur
19 Mart , 2015 17:09
Azərbaycanda bu il ​1,5 minə yaxın radioelektron vasitə qeydiyyata alınıb

Bakı. 19 mart. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində martın 1-nə qeydiyyatda olan radiotezlik istifadəçilərinin sayı açıqlanıb. Qeyd edilən dövrdə 446 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyata alınıb. Onlardan 68 istifadəçi dövlət, 311 istifadəçi kommersiya, 31 istifadəçi xarici təşkilat və 36 istifadəçi isə fiziki şəxslərdir.

Bu barədə "Report"a Dövlət Radiotezliklər İdarəsindən məlumat verilib.

Belə ki, 2015-ci ilin ilk iki ayı ərzində 1 467 ədəd radioelektron vasitə (REV) DRİ-də qeydiyyata alınıb. DRİ-də qeydiyyatda olan REV-in ümumi sayı 47 916 ədəd təşkil edir.

Son xəbərlər

Orphus sistemi