Azərbaycanda 9 suvarma kanalının tikintisinə və yenidən qurulmasına 39 milyon manat xərclənəcək

Azərbaycanda 9 suvarma kanalının tikintisinə və yenidən qurulmasına 39 milyon manat xərclənəcək “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Aşağı Muğan (2 tender), Köhnə Xan qızı və P-O (3), Baş Muğan (4), Sabir (5) kanallarının, həmçinin Ağdam rayonunun azad edilmi
İnfrastruktur
186
6 May , 2022 17:01
Azərbaycanda 9 suvarma kanalının tikintisinə və yenidən qurulmasına 39 milyon manat xərclənəcək

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Aşağı Muğan (2 tender), Köhnə Xan qızı və P-O (3), Baş Muğan (4), Sabir (5) kanallarının, həmçinin Ağdam rayonunun azad edilmiş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin (6) bərpası və inkişafı, Qız qalası su anbarından magistral suvarma kanalının tikintisi (7), Yeni Cənubi Muğan suvarma sisteminin (8) və Mil-Qarabağ kollektorunun (9) yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılması (TİƏ) və layihə sənədlərinin hazırlanması ilə bağlı elan etdiyi 9 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Promota Mühəndislik və Müşavirlik Anonim Şirkəti"nin yerli filialı və “GF Proje Mühəndislik Müşavirlik LTD” birgə müəssisəsi və Su Təsərrüfatı Obyektlərinin Layihələndiirlməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə” (2 tender), "Meliorator-Layihə-Tədqiqat" MMC (3), "Espm Eser Proje ve Mühendislik Anonim Şirketi"nin yerli filialı (4), "Birlik Mühəndislik Müşavirlik Sanayi ve Ticaret Anonim Şirkəti - Barsu Prioje Mühəndislik Müşavirlik Ticaret Anonim Şirkəti" birgə müəssisəsi (5), “Akar-Su Mühəndislik Müşavirlik Ltd. Şti.” və “Suiş Proje Mühəndislik Müşavirlik Ltd. Şti.” birgə müəssisəsi (6), “Hydro-Geo Environnement Group” və “Hinal Proje” MMC-lərin birgə müəssisəsi (7), Su Təsərrüfatı Obyektlərinin Layihələndiirlməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə” (8) və "Təməlsu Uluslararası Mühəndislik Hizmetleri Anonim Şirkəti"dir (9).

Qalib şirkətlərə müvafiq olaraq 3,54 milyon manat, 7,01 milyon manat, 0,9 milyon manat, 1,722 milyon manat, 6,19 milyon manat, 6,849 milyon manat, 1,696 milyon manat, 7,01 milyon manat, 4,374 milyon manat, ümumilikdə isə 39,292 milyon manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi