Azərbaycanda 15 rayonun pay torpaqlarında dürüstləşdirmə işləri yekunlaşıb

Azərbaycanda 15 rayonun pay torpaqlarında dürüstləşdirmə işləri yekunlaşıb Vətəndaşlar pay torpaqlarına dair çıxarışları rahatlıqla əldə edə biləcəklər
İnfrastruktur
172
26 Oktyabr , 2021 17:41
Azərbaycanda 15 rayonun pay torpaqlarında dürüstləşdirmə işləri yekunlaşıb

Prezident İlham Əliyevin “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” 15 iyul 2021-ci il tarixli fərmanına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların aradan qaldırılması və nəzərdə tutulmuş tədbirlərin yekunlaşdırılması çərçivəsində dürüstləşdirmə işləri aparır.

"Report" xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Xidmət torpaqların elektron kadastr uçotu işi yekunlaşmış 51 rayonun 50-də pay torpaqlarında uyğunsuzluqlarla bağlı fərqlərin aradan qaldırılması işlərinin icrasını davam etdirir. Daha 15 rayonda (Şəmkir, İmişli, Füzuli, Daşkəsən, Zərdab, Tərtər, Sabirabad, Saatlı, Siyəzən, Şabran, Balakən, Samux, Beyləqan, Bərdə, Göyçay) dürüstləşdirmə işləri yekunlaşdırılaraq nəticələr Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə inteqrasiya olunub. Bununla da pay torpaqlarında uyğunsuzluqlarla bağlı fərqlərin aradan qaldırılması işləri 25 rayonda yekunlaşıb.

Vətəndaşların torpaq sənədlərindəki məlumatlarla faktiki vəziyyət arasındakı uyğunsuzluqlar çoxsaylı torpaq mübahisələrinə, qeydiyyat məsələlərində problemlərə səbəb olub. Bu işlər çərçivəsində torpaq islahatı ilə əlaqədar vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqlarına dair hüquq müəyyənedici sənədlərdəki ölçülərlə faktiki ölçülər arasındakı fərqlərin tənzimlənməsi üçün normativ-hüquqi baza yaradılır. Bununla da, vətəndaşlar pay torpaqlarına dair hüquqi sənədləri ƏMDX-nın ərazi ofislərinə təqdim edərək çıxarışları rahatlıqla əldə edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi