Azərbaycanda “100 yeni beynəlxalq sürücü” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “100 yeni beynəlxalq sürücü” layihəsinin icrasına başlanılıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) təşkilatçılığı ilə Nəqliyyat Təlim və Tədris Mərkəzində “100 yeni beynəlxalq sürücü” layihəsinin icrasına başlanılıb.
İnfrastruktur
112
11 May , 2022 15:04
Azərbaycanda “100 yeni beynəlxalq sürücü” layihəsinin icrasına başlanılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) təşkilatçılığı ilə Nəqliyyat Təlim və Tədris Mərkəzində “100 yeni beynəlxalq sürücü” layihəsinin icrasına başlanılıb.

"Report" nazirliyə istinadən xəbər verir ki, layihə bu yaxınlarda təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın tətbiqinə hazırlıq tədbirləri çərçivəsində həyata keçirilir.

Məqsəd beynəlxalq daşımalar sahəsində peşəkar sürücü kadrlarının hazırlanması, daşımaların təhlükəsizliyi və sahənin rəqabətqabiliyyətliyinin artırılmasıdır. Layihənin əsas hədəfi beynəlxalq standartlara əsaslanan təcrübənin əldə edilməsi, peşəkarlıq səriştəsi yüksək olan sürücülərin sayının artırılması və işsiz sürücülərin işlə təmin olunmasına kömək göstərilməsidir.

Təlimlərdə C, C1E, CE kateqoriyasına malik hazırda işsiz olan sürücülər ödənişsiz iştirak edə biləcəklər. Sürücülərin təhsil haqqını "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyi ödəyəcək. Eyni zamanda DANX ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi arasında razılaşmaya əsasən, təlim müddətində peşə hazırlığına cəlb olunan işsiz şəxslərə müvafiq qaydada təqaüd veriləcək və onların nəqliyyat xərclərinin ödənilməsi təmin olunacaq.

Təlimlərdən sonda sertifikat alan sürücülərin işlə təmin olunmasına kömək göstəriləcək. Belə ki, sürücülər haqqında məlumat bazası formalaşdırılacaq. Bu məlumatlar həm DANX, həm də ABADA vasitəsilə milli daşıyıcılara təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi